Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzinin ilk dizaynını görənlərin çoxu belə bir layihənin gerçəkləşə biləcəyinə möcüzə kimi baxırdı. Əslində, hətta nəzəriyyə baxımından, belə qeyri-adi və mürəkkəb dizayna malik binanın tikilməsi çox da real görünmürdü.